Qol.Az

Yuri Maksimov "Keşlə"yə ukraynalı futbolçu gətirir?


 

Yuri Maksimov "Keşlə"yə ukraynalı futbolçu gətirir?

“Yagelloniya”nın sabiq futbolçusu Dmitri Xomçenovski "Keşlə"də oynaya bilər.

Qol.az-ın footbom.com saytına istinadən yaydığı xəbərə görə, bu barədə  Bakı klubunun baş məşqçisi Yuri Maksimov məlumat verib. O bildirib ki, iki həftə əvvəldən ukraynalı yarımmüdafiəçi ilə maraqlanmağa başlayıblar:

"Onunla bu barədə danışıacağıq. Əgər təklifimizi qəbul etsə, “Keşlə”nin oyunçusu olacaq. "Keşlə"yə başqa ukraynalı futbolçu dəvət edib-etməyəcəyimə gələcəkdə qərar verəcəm”.

Qeyd edək ki, D.Xomçenovski bir neçə gün əvvəl "Yagelloniya" ilə yolları ayırıb.

 





12.01.2018    çap et  çap et