Qol.Az

Zidan bu gün onları oynatmayacaq


 

Zidan bu gün onları oynatmayacaq

"Real"ın futbolçuları Kriştiano Ronaldo, Qaret Beyl, Marselo, Luka Modriç İspaniya kubokunun 1/8 finalında "Numansiya" ilə cavab oyununu buraxacaqlar.

Qol.az-ın klubun rəsmi "Tvitter" səhifəsinə istinadən yaydığı xəbərə görə, komandanın baş məşqçisi Zinəddin Zidan sözügedən oyunçuların adını iştirak ərizəsinə daxil etməyib. Fransalı mütəxəssis onlara istirahət vermək qərarına gəlib.

Qeyd edək ki, "Real" - "Numansiya" görüşü bu gün keçiriləcək. Bu komandalar arasında ilk matçda Madrid klubu 3:0 hesabı ilə qalib gəlib.

Xatırladaq  ki, Kərim Benzema və Serxio Ramos isə zədə səbəbindən kubok oyununda iştirak etməyəcəklər.

 





10.01.2018    çap et  çap et