Qol.Az

“Barselona” Koutinyonu təqdim etdi


 

“Barselona” Koutinyonu təqdim etdi Braziliya millisinin üzvü Filipe Koutinyonun “Barselona”ya keçidi rəsmiləşib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı məlumata görə, 25 yaşlı yarımmüdafiəçi ilə bu gün 5,5 illik müqavilə imzalanıb.

İmzalama mərasimindən sonra “Barselona” yeni transferini “Nou Kamp”da azarkeşlərinə təqdim edib.

Qeyd edək ki, kataloniyalılar Koutinyo üçün “Liverpul”a ümumilikdə 160 milyon avro ödəyəcək ki, bu, İngiltərə futbolunda rekord transfer məbləği hesab olunur. Koutinyo dünya futbolunda isə Neymar (PSJ, 222 milyon avro) və Mbappedən (PSJ, 180 milyon avro) sonra ən bahalı transferdir.
 





08.01.2018    çap et  çap et