Qol.Az - print Qol.Az

PSJ yayda Emerini göndərəcək


 

PSJ yayda Emerini göndərəcək PSJ klubu yayda müqaviləsi baş çatacaq Unai Emeri ilə yeni sözləşmə imzalamaq istəmir.

Qol.az-ın "L'Equipe"yə istinadən yaydığı xəbərə görə, Emeri ilə avrokuboklarda uğurlu nətiəcələr qazanacağına inanmayan klub rəhbərliyi ötən gün Çempionlar Liqasının qrup mərhələsində "Bavariya"ya məğlubiyyətdən (1:3) sonra qərarını qətiləşdirib.

Klub prezidenti Nasser Əl-Xəlafi 2018-ci ilin yayında müqaviləsi başa çatacaq Emerinin əvəzinə Dieqo Simeone, Antonio Konte, Massimiliano Alleqri və ya Luis Enrikeni komandaya gətirmək istəyir. Onun daha çox Enrike variantının üzərində dayandığı bildirilir.

Qeyd edək ki, Unai Emeri ötən ildən PSJ-ni çalışdırır.
 





07.12.2017    çap et  çap et