Qol.Az - print Qol.Az

"Antalyaspor" baş məşqçisi ilə yolları ayırdı


 

"Antalyaspor"  baş məşqçisi ilə yolları ayırdı

Türkiyə Superliqası təmsilçisi "Antalyaspor" baş məşqçisi Leonardo Arauxo ilə yolları ayırıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, braziliyalı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Buna komandanın ölkə çempionatındakı uğursuz çıxışı səbəb olub.

Qeyd edək ki, Leonardo bu ilin sentyabrından "Antalyaspor"un çalışdırırdı. Onun rəhbərliyi altında komanda Superliqada keçirdiy 8 matçın 2-sində qələbə qazanıb. "Antalyapor" hazırda turnir cədvəlində 13 xalla 14-cü pillədə qərarlaşıb.

 

 





07.12.2017    çap et  çap et