Qol.Az - print Qol.Az

“Səbail” üçün Antalya və 4 yoxlama oyunu


 

“Səbail” üçün Antalya və 4 yoxlama oyunu

Topaz Premyer Liqasının debütantı “Səbail”in qış hazırlıq planı bəlli olub.

Bu barədə Qol.az saytına komandanın baş məşqçisi Samir Əliyev məlumat verib. Onun sözlərinə görə, toplanış ölkə xaricində olacaq.

Komanda yanvarın 19-da Antalyaya yolanacaq. Artıq Əliyev köməkçisini Türkiyəyə göndərib. 2 həftəlik təlim-məşq toplanışı çərçivəsində “Səbail” 4 yoxlama oyunu keçirəcək. Danışıqlar getsə də, rəqiblərin adları hələlik açıqlanmır.

Qeyd edək ki, “Səbail” sabah Topaz Premyer Liqanın 4-cü turundan təxirə salınmış görüşdə “Qarabağ”ı qəbul edəcək.

 





07.12.2017    çap et  çap et