Qol.Az

Şehiç ən çox seyv edən qapıçı oldu - Çempionlar Liqası


 

Şehiç ən çox seyv edən qapıçı oldu - <b style="color:red">Çempionlar Liqası</b>

UEFA Çempionlar Liqasının qrup mərhələsinin ən çox seyv edən qapıçılarının adlarını açıqlayıb.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, "Qarabağ"ın qapıçısı İbrahim Şehiç sıyahının ilk pilləsində qərarlaşıb. Bosniya və herseqovinalı qolkiper 35 qurtarış edib. Bu siyahıda Yasmin Handanoviç ("Maribor, 32 seyv) ikinci, İqor Akinfeev (SSKA, 29) üçüncü olub. Andrey Pyatov ("Şaxtyor", 25) dördüncü, Silvio Proto ("Olimpiakos", 24) beşinci pillədə qərarlaşıb.

Qeyd edək ki, İ.Şehiç 2013-cü ildən "Qarabağ"ın şərəfini qoruyur.

 





07.12.2017    çap et  çap et