Qol.Az

“Komanda hələ tam formalaşmayıb” - millimizin üzvü


 

“Komanda hələ tam formalaşmayıb” - <b style="color:red"> millimizin üzvü</b>

21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü İlkin Sadiqov Avropa çempionatının seçmə mərhələsində Kosovo millisi ilə qolsuz başa çatan oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.

- Qəbələ qazanmaq istəyirdik. Sona qədər mübarizə apardıq. Təəssüf ki, alınmadı. 1 xal qazandıq. Hamımızda istək çox idi. Vaxt azaldıqca bu istək daha da artırdı. Yəqin bunun nəticəsidir ki, sonda qırmızı vərəqə gördüm. Əslində qol vurub, komandama 3 xal qazandırmaq istəyirdim. Orada məqsədim rəqibi vurmaq deyildi.

- Həmin epizodda qol vurmağına nə mane oldu?

- Əlimdən gələni elədim. Əslində topa zərbə də vurdum. Amma alınmadı.

- Necə düşünürsən, bu gün qazanılan 1 xalı uğurlu nəticə saymaq olar?

- Xeyr, uğurlu saymaq olmaz. Çünki qələbə qazana bilərdik. Amma 2 qırmızı vərəqəni nəzərə alsaq, buna görə hardasa yaxşı nəticə saymaq olar.

- Axı qırmızı vərəqələri 87-ci dəqiqədən sonra aldınız...

- Düzdür, amma buna qədər də epizodlarımız oldu. Sadəcə, istifadə edə bilmədik.

- Yəqin razılaşarsan ki, komandada dağınıqlıq var...

- Komanda hələ tam formalaşmayıb. Təlim-məşq toplanışlarına tez-tez yığışa bilmirik. Cəmi 5-10 gün bir yerdə hazırlaşırıq. Bəlkə də buna görədir.

- Komandanın formalaşması üçün nə qədər vaxt lazımdı?

- Bilmirəm, nə deyim. Hər şey zamandan asılıdır.

- Son iki oyununuzu millinin baş məşqçisi Qurban Qurbanov da izlədi. U-21 əsas millinin gələcəyi hesab olunur. Adətən bu cür oyunlarda futbolçular özlərini göstərmək, əsas milliyə namizəd olduqlarını sübut eləməyə çalışırlar. Ancaq sizdə bu istək hiss olunmur. Bu nə ilə bağlıdır?

- Uduzmağı heç kim istəmir. Reallığa qalsa, Almaniya bizdən qat-qat güclüdür. Bu gün isə uşaqlar meydanda çox həvəsli idilər. Udmaq istəyirdik. Təəssüf ki, istəyimizi həyata keçirə bilmədik.

- Almaniyaya böyükhesablı məğlubiyyətdən sonra psixoloji gərginlikdən necə çıxdınız?

- Məşqçilərimiz sağ olsunlar. Bu oyuna bizi köklədilər. Almaniya ilə oyunda ümumiyyətlə motivasiyamız yox idi. Bu gün isə meydanda göründü ki, komandanın istəyi var. Can qoydular.

- Kosovo ilə səfər oyunu haqda nə düşünürsən?

- Nə deyim. Hər şey oyun vaxtı meydanda görünəcək. Kim güclüdürsə, o da qalib gələcək.

 





14.11.2017    çap et  çap et