Qol.Az

"Nəticə hər iki tərəf üçün önəmlidir" - Kosovo millisinin məşqçisi


 

"Nəticə hər iki tərəf üçün önəmlidir" - <b style="color:red"> Kosovo millisinin məşqçisi</b> 21 yaşadək futbolçular arasında Avro-2019-un  seçmə mərhələsində bu gün Bakıda millimizlə heç-heçə edən Kosovo yığmasının baş məşqçisi Rafet Prekazi oyundan sonra mətbuat konfransında iştirak etməyib.

Qol.az-ın məlumatına görə, buna səbəb onun ingilis və  türk dilini bilməməsi  olub. Onu mətbuat konfransında türk dilini bilən köməkçisi Ərdoğan Çelina əvəz edib. O, qarşılaşmanı belə şərh edib:

“Oyun çox yaxşı keçdi. Hər iki komanda yaxşı mübarizə apardı. Həm biz, həm də Azərbaycan yığması bundan əvvəlki matçda ağır məğlubiyyət aldı. Hər iki komanda bunu unutdurmaq istəyirdi. Oyun ərzində yaxşı qol epizodlarımız olsa da, dəyərləndirə bilmədik. Məncə, qeydə alınan nəticə hər iki tərəf üçün önəmlidi. Azərbaycan xalqına, federasiya rəhbərliyinə təşəkkür edirik, bizi çox yaxşı qarşıladılar. Biz də onları eyni cür qarşılayacağıq. Rəqibə qarşıdakı oyunlarda uğurlar diləyirəm”.
 





14.11.2017    çap et  çap et