Qol.Az

Serxio Ramosu ilin müdafiəçisi seçdilər


 

Serxio Ramosu ilin müdafiəçisi seçdilər

Goal.com öz versiyasına görə, 2017-cı ilin ən yaxşı müdafiəçisini seçib.

Qol.az xəbər verir ki, "Real"ın müdafiəçisi Serxio Ramos bu ilin ən yaxşı müdafiəçisi adına layiq görülüb. O, 50 oyunçunun  yer aldığı siyahıda birinci olub.


Qeyd edək ki, "Goal.com" hər il bu mükafatı verir. Qalib 37 nəşrin baş redaktorları və müxbirləri arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən müəyyənləşir.

Qeyd edək ki, digər nominasiyalar üzrə qaliblər noyabrın 14-nə kimi açıqlanacaq.

 





14.11.2017    çap et  çap et