Qol.Az

“Qarabağ”ın onlardan başqa sponsoru yoxdur” – Əmrah Çəlikəl


 

“Qarabağ”ın onlardan başqa sponsoru yoxdur” – <b style="color:red">Əmrah Çəlikəl</b>

“Qarabağ” Türkiyənin “Damat” şirkətinin prezidentinin kluba sponsorluq etmələri barədə yayılan xəbərlərə münasibət bildirib.

Ağdam təmsilçisinin direktoru Əmrah Çəlikəl Qol.az saytına verdiyi açıqlamada bu məlumatı təkzib edib.

“Bizim “Azərsun”, “Azərçay” və “Bizim tarla”dan başqa sponsorumuz yoxdur. Doğrudur, ötən illərdə “Damat” şirkəti ilə görüşlərimiz olub, amma aramızda hansısa sponsorluq anlaşması imzalanmayıb. Ola bilsin şirkətin prezidenti olanları səhv xatırlayıb” – deyə Ə.Çəlikəl bildirib.

Klub rəsmisi deyib ki, “Qarabağ”ın qapıları, əlbəttə, yeni sponsorlara açıqdır: “Amma hal-hazırda, artıq qeyd etdiyim kimi, “Azərsun”, “Azərçay” və “Bizim Tarla”dan başqa sponsorumuz yoxdur”.

 





14.11.2017    çap et  çap et