Qol.Az

İtaliya millisindən daha 3 oyunçu getdi


 

İtaliya millisindən daha 3 oyunçu getdi

Canluici Buffondan sonra İtaliya millisinin daha 3 futbolçusu yığmadakı karyerasını başa vurub.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, bunlar Daniele de Rossi, Andrea Barzagli və Corcio Kyellinidir. Sözügedən oyunçular DÇ-2018-in pley-off mərhələsində İsveçlə cavab görüşündən bu qərarı veriblər.

Qeyd edək ki, İtaliya millisi İsveç səddini keçə bilməyərək 1958-ci ildən sonra ilk dəfə mundiala vəsiqə qazana bilməyib.

 





14.11.2017    çap et  çap et