Qol.Az

İtaliya millisində baş məşqçi vəzifəsinə əsas namizədlər


 

İtaliya millisində baş məşqçi vəzifəsinə əsas namizədlər

İtaliya millisində yeni baş məşqçi vəzifəsinə namizədlər müəyyənləşib.

Qol.az-ın "La Gazzetta dello Sport"a istinadən yaydığı xəbərə görə, bunlar Karlo Ançelotti, Antonio Konte, Massimiliano Alleqri və Roberto Mançinidir.

Qeyd edək ki, İtaliya millisi DÇ-2018-in pley-off mərhələsində İsveç səddini keçə bilməyərək 1958-ci ildən sonra ilk dəfə mundiala vəsiqə qazana bilməyib. Cavab görüşündən sonra İtaliya yığmasının baş məşqçisi Campyero Venturanın istefaya göndəriləcəyi gözlənilir.

 





14.11.2017    çap et  çap et