Qol.Az

"Qarabağ" Olimpiya Stadionunda - Premyer Liqada ilk dəfə


 

"Qarabağ" Olimpiya Stadionunda - <b style="color:red">Premyer Liqada ilk dəfə</b>

“Qarabağ” Topaz Premyer Liqada bu mövsüm Bakı Olimpiya Stadionunda (BOS) ilk oyununu keçirəcək.

Qol.az-ın xəbərinə görə, Ağdam təmsilçisi 12-ci turda “Sumqayıt”ı məhz ölkəmizin ən böyük idman arenasıda qəbul edəcək. “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Qol.az-a açıqlamasında məlumatı təsdiqləyib.

Oyunun noyabrın 17-i saat 18.30-da başlanacaq.

Qeyd edək ki, noyabrın 22-də isə “Qarabağ” Çempionlar Liqasının qrup oyunu çərçivəsində Olimpiya Stadionunda İngiltərənin “Çelsi” komandası ilə görüşəcək. Ağdam klubunun bu matç ərəfəsində meydançaya uyğunlaşaq üçün “Sumqayıt”la oyunu BOS-da keçirəcəyi güman edilir.

 





13.11.2017    çap et  çap et