Qol.Az

“Milan” üçün yeni baş məşqçi namizədi


 

“Milan” üçün yeni baş məşqçi namizədi

“A” seriyasında elə də inamlı çıxış etməyən “Milan”ın baş məşqçi axtarışları davam edir.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, Vinçentso Montellanı əvəzləyə biləcək növbəti məşqçi İsveçrə yığmasının çalışdırıcısı Vladimkit Petkoviçdi.

“Milan” rəhbərliyi təcrübəli mütəxəssislə artıq danışıqlara da başlayıb. İddialara görə, İsveçrə yığması DÇ-2018-dən kənarda qalsa, Petkoviç tezliklə “Qırmızı-qaralar”la anlaşa bilər.

Qeyd edək ki, isveçrəli mütəxəssis daha əvvəl İtaliyada çalışıb. O, 2013-cü ildə “Latsio”ya İtaliya kubokunu qazandırıb.

 

 





13.10.2017    çap et  çap et