Qol.Az

"Bizi ancaq qələbə qane edəcək" - "Araz"ın baş məşqçisi


 

"Bizi ancaq qələbə qane edəcək" - <b style="color:red">"Araz"ın baş məşqçisi</b>

“Oyun gözlədiyimizdən də ağır keçdi. Hesabda 2 top fərqi ilə geri düşsək də, toparlanmağı bacardıq. Düzdür, məğlub durumda olan zaman konsantrasiyanı bir qədər itirdik. Yaxşı ki, bu vəziyyət çox davam etmədi. Kənardan dediklərimi uşaqlar dərhal tətbiq etdilər".

Qol.az-ın məlumatına görə, bu sözləri "Araz"ın baş məşqçisi  Alesio da Silva UEFA kubokunun ikinci turunda  Malta çempionu “St Andreus”a 6:4 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Azərbaycan Futzal Federasiyasının rəsmi "Facebook" səhifəsinə danışan braziliyalı mütəxəssis bildirib ki, rəqibin son şansı olduğuna görə, qarşılaşmada bütün gücünü səfərbər etmişdilər: "Hesabda geri olanda da oyuna diqtə edən tərəf biz idik. Sadəcə, bu üstünlüyümüzü qolla tamamlamaqda gecikdik".

O, “Deva”ya qarşı son oyunun “Mostar” və “St Andreus”la qarşılaşmalardan daha çətin keçəcəyini söyləyib: "Çünki rəqibimiz təcrübəli futzalçılardan qurulub və meydan sahibidir. Üstəlik, bugünkü oyunda 4, ilk qarşılaşmada isə 2 qol vuran Maykon da Silva komandamıza kömək edə bilməyəcək. O, hər iki oyunda sarı vərəqə aldığına görə, cəzalı duruma düşüb. Təbii ki, bizi ancaq qələbə qane edəcək və buna nail olmaq üçün əlimizdən gələni edəcəyik. Sabah oyun günü deyil. Rəqibin oyununu alaniz edib, məşq prosesində onlara qarşı necə oynamalı olduğumuzun üzərində işləyəcəyik”.

 





12.10.2017    çap et  çap et