Qol.Az

“Barselona” stadionunun adını dəyişir


 

“Barselona” stadionunun adını dəyişir

“Barselona” “Kamp Nou” stadionunun adını dəyişə bilər.

Qol.az-ın xəbərinə görə, bu haqda sport.es məlumat yayıb. Klubun stadionun adını almaq üçün sponsor axtarışında olduğu bildirilir. Əgər sponsor tapılarsa, 2018-ci ildən arenanın adı dəyişəcək.

İddia edilir ki, klub rəhbərliyi arenanın adını 200 milyon avroya satmağı planlaşdırır.

Qeyd edək ki, “Kamp Nou”dakı yenidənqurma işlərindən sonra tamaşaçı tutumunun 105 minə çatdırılacağı, stadiona dam örtüyünün qoyulacağı, yeni tablonun quraşdırılacağı və VİP lojanın genişləndiriləcəyi bildirilir.

 





12.10.2017    çap et  çap et