Qol.Az

Millimizlə görüşdə zədələndi, 4-6 həftə oynamayacaq


 

Millimizlə görüşdə zədələndi, 4-6 həftə oynamayacaq

"Arsenal"ın futbolçusu Şkordan Mustafi 4-6 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə London klubunun baş məşqçisi Arsen Venger məlumat verib. O, DÇ-2018-in seçmə mərhələsinin son turunda Azərbaycanla matçda zədələnən Almaniya millisinin müdafiəçinin bərpası üçün 4-6 həftə lazım olduğunu deyob.

Qeyd edək ki, Almaniya - Azərbaycan görüşü meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

 





12.10.2017    çap et  çap et