Qol.Az

Kasilyas Giqqzə çatdı


 

Kasilyas Giqqzə çatdı

“Portu”nun qapıçısı İker Kasilyas Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Beşiktaş”a qarşı keçirilən oyunda meydana start heyətində çıxıb.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, ispan qolkiper artıq 19-cu mövsümdür ki, ÇL-də çıxış edir. Bununla da o, Rayan Giqqzin göstəricisini təkrarlayıb.

Kasilyas 1999/2000 mövsümündən qitənin ən mötəbər klub turnirində fasiləsiz çıxış edir ki, bu, turnirin mütləq rekordudur.

Bundan başqa, Kasilyas ÇL-in qrup mərhələsində 165 (təsnifat mərhələsi də nəzərə alınmaqla 174) oyun keçirib və bu da rekord göstəricisidir.

 

 

 





14.09.2017    çap et  çap et