Qol.Az

Yeni baş məşqçisi Tevesi heyətdən çıxardı


 

Yeni baş məşqçisi Tevesi heyətdən çıxardı Çinin “Şanxay Şenxua” klubunun futbolçusu Karlos Teves heyətdən çıxarılıb.

Qol.az-ın məlumatına görə, bu qərarı komandanın yeni baş məşqçi Vu Tsinsu verib.

Teveslə yanaşı, yarımmüdafiəçi Freddi Quarin də heyətdən kənarlaşdırılıb. Baş məşqçi onların artıq çəkiləri olduğu üçün belə qərar qəbul etdiyini bildirib: "Mən futbolçular və nəticələrə görə bütün məsuliyyəti öz üzərimə götürürəm. Siz komanda naminə hər şeyi edə bilmirsizsə, onda heyətdən kənarda qalacaqsız" - deyə o qeyd edib.

Teves bu mövsüm 12 oyunda meydana çıxıb və 2 qol vurub. Quarin isə 12 oyunda 6 dəfə fərqlənib.
 





13.09.2017    çap et  çap et