Qol.Az

Dieqo Kosta Madridə getdi


 

Dieqo Kosta Madridə getdi

"Çelsi"nin hücumçusu Dieqo Kosta dünən Braziliyanı tərk edərək Madridə gedib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, 28 yaşlı oyunçu İspaniyanın paytaxtında fərdi qaydada məşq edəcək.

Qeyd edək ki, bundan əvvəl "Atletiko"nun D.Kostanın transferi üçün "Çelsi" ilə danışıqları yekunlaşdırdığı bildirilib. Bu transferin Madrid klubuna 60 milyon avroya başa gələcəyi vurğulanıb.

Xatırladaq ki, "Çelsi"nin baş məşqçisi Antonio Konte D.Kostanı əsas komandada görmək istəmədiyini açıqlayıb.

 





12.09.2017    çap et  çap et