Qol.Az

“Meydanda olmaq istəyirəm" - Eden Hazard


 

“Meydanda olmaq istəyirəm" - <b style="color:red">Eden Hazard</b>

"Bu mövsüm bizim üçün çox önəmlidir. Düzdür, Premyer Liqanın qalibi olmuşam, kuboklar qazanmışam. Ancaq böyük oyunçular hər zaman Çempionlar Liqasının kubokunu qazanmaq istəyirlər".

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Çelsi"nin futbolçusu Eden Hazard deyib.


Belçikalı yarımmüdafiəçi bildirib ki, artıq ÇL-in qalibi olmalarının vaxtıdır: "Yaxşı heyətimiz və məşqçimiz var. Biz buna hazırıq".

E.Hazardın hər bir futbolçunun ÇL-in matçlarında oynamaq istədiyini vurğulayıb: "Çünki bu, böyük turnirdir və hamı sizi izləyir".

O, ÇL-in görüşlərinə televiziyadan baxmağa nifrət etdiyini də söyləyib: "Mən ancaq meydanda olmaq istəyirəm. Bu turnirə geri döndüyümüz üçün xoşbəxtik".

Qeyd edək ki, zədəsini yeni sağaldan E.Hazardın bu gün Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"a qarşı oynayıb-oynamayacağı dəqiqləşməyib.

 





12.09.2017    çap et  çap et