Qol.Az

“Yuventus” “Barselona” ilə oyuna üç ciddi itki ilə çıxacaq


 

“Yuventus” “Barselona” ilə oyuna üç ciddi itki ilə çıxacaq

“Yuventus”un üç əsas futbolçusu Çempionlar Liqasının qrup mərhələsinin “Barselona”ya qarşı keçiriləcək ilk oyununu buraxacaq.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, bu haqda klubun baş məşqçisi Massimiliano Alleqri məlumat verib. O deyib ki, Sami Xedira və Klaudio Markizio zədə, Xuan Kuadrado isə cəza səbəbindən bu matçda iştirak etməyəcək.

Xatırladaq ki, “Barselona” – “Yuventus” görüşü sentyabrın 12-si, Bakı vaxtı ilə saat 22.45-də başlanacaq.

 





10.09.2017    çap et  çap et