Qol.Az

"İnter"dən qələbə, "Neftçi" "Kəpəz"lə heç-heçə etdi


 

"İnter"dən qələbə, "Neftçi" "Kəpəz"lə heç-heçə etdi

Bu gün Topaz Premyer Liqasında üçüncü tura start verilib.

Qol.az-ın məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma keçirilib.

Turun açılış matçı “İnter Arena”da oynanılıb. “İnter” “Səbail”i sınağa çəkib. Ötən mövsümün bürünc mükafatçısı olan Zaur Svanadzenin komandası 1:0 hesabı ilə qalib gəlib.

Günün ikinci matçında “Neftçi” “Kəpəz”i sınağa çəkib. Görüş qolsuz bərabərliklə başa çatıb.

Qeyd edək ki, tura avqustun 26-da yekun vurulacaq.


Topaz Premyer Liqası

III tur

25 avqust (cümə)


20:30. “Neftçi” - “Kəpəz” - 0:0
Hakimlər:
Orxan Məmmədov, Vüqar  Bayramov, Mehman Mahmudov, Rəhim Həsənov
“Bakcell Arena”

18:00. “İnter” - “Səbail” - 1:0
Qol:
Nizami Hacıyev, 4
Qırmızı vərəqə: Tərlan Quliyev, 63 ("İnter", ikinci sarı vərəqə)
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Rahil Ramazanov, Ramil Diniyev
“İnter Arena”


26 avqust (şənbə)

18:00. “Zirə” - “Sumqayıt”
Hakimlər:
Ömər Paşayev, Namiq Hüseynov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə
Zirə İdman Kompleksinin stadionu

20:30. “Qarabağ” - “Qəbələ”
Hakimlər:
Fariz Yusifov, Yaşar Abbasov, Vaqif Musayev, Rauf Cabbarov
“Azersun Arena”


N Klublar O Q H M T-F X
1 Zirə 2 2 0 0 5-1 6
2 Qarabağ 2 2 0 0 4-1 6
3 Qəbələ 2 2 0 0 3-1 6
4 Sumqayıt 2 1 0 1 2-2 3
5 İnter 3 1 0 2 2-3 3
6 Səbail 3 1 0 2 2-3 3
7 Neftçi 3 0 1 2 1-4 1
8 Kəpəz 3 0 1 2 1-5 1

 





25.08.2017    çap et  çap et