Qol.Az

"Bu gün 11 nəfər yox, bütün Azərbaycan oynayırdı" - Maksim Medvedyev


 

"Bu gün 11 nəfər yox, bütün Azərbaycan oynayırdı" -<b style="color:red">  Maksim Medvedyev</b> “Qarabağ”ın müdafiəçisi Maksim Medvedyev Çempionlar Liqasının pley-off mərhələsində “Kopenhagen”lə ilk oyundan (1:0) sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb

- Bizim üçün ağır oyun oldu. Rəqib səviyyəli komandadır. Əlimizdən gələni etdik ki, sona qədər mübarizə aparaq. "Kopenhagen"i 3 gün ardıcıl analiz etdik. Bizim üçün tarixi şansdır və bunu əldən vermək istəmirdik. Bu gün 11 nəfər deyil, bütün Azərbaycan xalqı oynayırdı. Azarkeşlərimiz möhtəşəm idi. Çempionlar Liqasının himni ilk dəfə stadionumuzda səslənən zaman azarkeşlərin çıxardığı səs tüklərimizi biz-biz etdi. Hər kəsə təşəkkür edirəm. Cavab oyunu ağır olacaq.
 
- İkinci hissədə “Qarabağ”ın qol vuracağını gözləmək olardı. Amma sakit davrandınız.

- Əlbəttə, 1:0 hesabı yaxşı nəticədir. Qol da buraxmadıq. Qol imkanlarımız da çox oldu. Rəqib qapıçı 3 əla qurtarışla yadda qaldı. Nə demək olar...
 
- Rəqib futbolçular “Qarabağ”ın oyunçularını təxribata çəkərək hakim tərəfindən cəzalanmağınıza çalışırdılar. Hətta sən də “Kopenhagen”li futbolçu ilə gərgin an yaşadın...

- Rəqib təcrübəlidir. Biz də emosional oyunçularıq. Baş məşqçimiz tapşırmışdı ki, diqqətli olun. Skandinaviya ölkələrinin klubları belə oyun sərgiləyirlər.
 
- Kopenhagendəki oyunda bu azarkeşlər olmayacaq. Skandinaviyalı azarkeşlərin önündə “Qarabağ” uğurun davamını gətirə bilərmi?

- Öz əziyyətimizlə, gücümüzlə göstərəcəyik ki, biz ora mübarizə üçün gedirik. Avropada da azarkeşlərimiz var. Onlar bizi tək buraxmayacaqlar. Sosial şəbəkələrdə bizdən bilet də istəyirlər. Avropada türklər, azərbaycanlılar çoxdu. Onları gözləyirik.

- Qrup mərhələsinin sevincini Bakıda qeyd etmək də maraqlı olardı...

- Hər oyunçunun arzusu ÇL-in qrupunda oynamaqdır. Ancaq tur iki oyundan ibarətdir. Cavab matçı çətin olacaq. ÇL-in himni səslənibsə, yaxşı olacaq.
 





15.08.2017    çap et  çap et