Qol.Az

Eminin komandası yenə uduzdu


 

Eminin komandası yenə uduzdu

Portuqaliya çempionatında ikinci turun oyunları keçirilir.

Qol.az-ın məlumatına görə, yığmamızın yarımmüdafiəçisi Emin Mahmudovun formasını geydiyi “Boavişta” öz meydanında “Riu Ave”ni qəbul edib.

Eminin adı matçın protokoluna daxil edilməyib. Həmyerlimizin yoxluğunda “Boavişta” rəqibinə 1:2 hesabı ilə yenilib.

Qeyd edək ki, 2 turdan sonra “Boavişta”nın xalı yoxdur.


 


 

 

 


  

 





13.08.2017    çap et  çap et