Qol.Az

Şeydayevin komandasından “qol yağışı”


 

Şeydayevin komandasından “qol yağışı” Slovakiya çempionatının dördüncü turunda millimizin hücumçusu Ramil Şaydayevin çıxış etdiyi “Jilina” öz meydanında “Senitsa”nı qəbul edib.

Qol.az-ın məlumatına görə, gənc hücumçunun adı matçın protokoluna daxil edilməyib.

Şeydayevin yoxluğunda “Jilina” rəqibini 7:1 hesabı ilə darmadağın edib.

Qeyd edək ki, mövsümdə ilk qələbəsini qazanan Ramilin komandası 3 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
 





13.08.2017    çap et  çap et