Qol.Az

"Rauf Əliyevlə danışıq aparırıq" - Svanadze


 

"Rauf Əliyevlə danışıq aparırıq" - <b style="color:red"> Svanadze</b>

“Uşaqlar yaxşı oynadılar. Nə bacardılarsa, onu da etdilər”.

Qol.az-ın məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqanın ilk turunda “Qəbələ”yə uduzduqları oyundan (1:2) sonra keçirilən mətbuat konfransında deyib.

- Heç-heçə etmək olardı. Məğlub olsaq da, pis oynadığımızı düşünmürəm. Üzərimizdə daha çox işləməliyik. Sonra nə olacağını yəqin ki, zaman göstərəcək.

- Oyundan öncə məğlub olacağınızı düşünürdünüz?

- Komanda bugünkü oyunda bütün gücünü meydanda ortaya qoymasını istəyirdim ki, onu da etdilər. Sona kimi mübarizə apardılar. Bir-birimizə sona qədər oynayacağımızla bağlı söz vermişdik. Məncə, daha da yaxşı oynaya bilərdik.

- Rauf Əliyev əvvəlki gücünü “İnter”də qaytardı və Albaniya klubuna transfer olundu. Maraqlıdır, Rauf ölkəni tərk etməmişdən öncə sizdən halallıq aldı?

- Rauf ölkə xaricində oynamaq istəməsi pis deyil, yaxşıdır. Lakin belə tez gedəcəyini gözləmirdim. Onun klubla müqaviləsi var və hazırda futbolçu ilə danışıqlar aparırıq. Gedəsi olsa, ona uğurlar arzu edirik. Qayıtması bizim üçün pis olmaz.  

 





12.08.2017    çap et  çap et