Qol.Az

Kintananın son durumu - "Qarabağ" açıqladı


 

Kintananın son durumu - <b style="color:red"> "Qarabağ" açıqladı</b> Topaz Premyer Liqanın ilk turunda “Neftçi” ilə oyunda zədələnərək meydanı tərk edən “Qarabağ”ın futbolçusu Dani Kintananın son durumu bəlli olub.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, ispaniyalı yarımmüdafiəçi bu gün tibbi müayinədən keçib və onun əzələsinin dartılması müəyyən edilib.

Bu səbəbdən Dani Kintana təxminən 3 həftə sonra məşqlərə start verəcək.

Xatırladaq ki, zədəsini yenicə sağaldan Kintana 6 aydan sonra meydana qayıtmışdı.
 





12.08.2017    çap et  çap et