Qol.Az

“Real” Zidanla müqaviləni uzatdı – gəliri 2 dəfə artırıldı


 

“Real” Zidanla müqaviləni uzatdı – <b style="color:red">gəliri 2 dəfə artırıldı</b>

“Real” baş məşqçisi Zinəddin Zidanla müqavilənin müddətini uzadıb.

Qol.az-ın xəbərinə görə, bu haqda İspaniyanın “As” nəşri məlumat yayıb. Yeni müqavilə 2020-ci ilin yayına qədər qüvvədə olacaq.

Qeyd edək ki, Zidanın gəliri illik iki dəfə artırılıb. Bundan sonra o, əvvəlkitək ildə 4.35 milyon avro yox, 8 milyon avro qazanacaq. 

Fransalı mütəxəssis qəzetə açıqlamasında məlumatı təsdiqləyib.  

 





12.08.2017    çap et  çap et