Qol.Az

"Sürpriz transfer ola bilər" - Tahir Gözəl


 

"Sürpriz transfer ola bilər" - <b style="color:red"> Tahir Gözəl</b> “Qarabağ” Topaz Premyer Liqanın 1-ci turunda səfərdə “Neftçi”yə 3:1 hesabı ilə qalib gəlib. 

Qol.az-ın məlumatına görə, klubun vitse-prezidenti Tahir Gözəl oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

- Çempionatda ilk oyunumuz idi. Bu qələbə bizə əlavə güc verdi.  Avrokubklar üçün motivasiya oldu. Əminəm ki, zaman keçdikcə güclənəcəyik. Dani Kintananın zədələnməsinə üzüldüm. Sabah onu müayinə edəcəyik. Yəqin ki, 1 ay yarım sonra komandaya qoşular. Ümid edirəm ki,  yanılaram və onun zədəsi yüngül olar. Optimist düşünürəm.
 
- Demək olarmı meydanda ancaq “Qarabağ” var idi?

- Onu deməzdim. “Neftçi” də yaxşı oynadı. “Neftçi” hər zaman güclü olub. Belə davam etsələr, stabil komanda olacaqlar.
 
- “Qarabağ” bütün diqqətini “Kopenhagen”lə Bakıdakı oyuna yönəldib. Yəqin ki, məqsəd qol buraxmadan qələbə qazanmaq olacaq...

- Ən böyük ümidimiz də elə budur. “Qarabağ”ın gözəl oyunlarını çox görmüşük. Bütün ümidimi Bakıya bağlamıram. Komandamıza inanıram. “Kopenhagen”ə Bakıda çətin olacaq.
 
- “Qarabağ” ən azı qışa qədər avrokuboklarda oynayacaq. Heyətə legioner futbolçu cəlb ediləcək?

- Söz-söhbət gedir. Ad verə bilməyəcəm. Avropada danışıq apardığımız oyunçular var. Sürpriz transfer də ola bilər. Ətraflı danışmaq istəməzdim.
 
- Sürpriz dedikdə tanınmış futbolçu nəzərdə tutursunuz?

- Xeyr, belə deməzdim. Ancaq bizim axtardığımız oyunçu olacaq. “Qarabağ”ın yüksək keyfiyyətləri ilə seçilən legionerləri olub. Ümid edirik ki, yeni oyunçumuz da onlar kimi olacaq.
 
- Kintananın zədə alması həmin transferi sürətləndirəcək?

- Xeyr. Bununla əlaqəsi yoxdu.
 
- Türkiyəni təmsil edən Azərbaycan əsilli atlet Ramil Quliyev dünya çempionu oldu. Bu barədə fikirləriniz necədir?

- Böyük uğurdür. Azərbaycanı, Qarabağı, Türkiyəni dünyaya tanıdan hər kəsə biz ancaq təşəkkür edirik. Ramili təbrik edirəm.
 
- Əzəli rəqibiniz olan “Neftçi”nin belə vəziyyətdə olması sizə necə təsir edir?

- “Neftçi”nin güclənmək və formalaşmaq istəyi var. Bir az zamana ehtiyacları var. Mən daha güclü “Neftçi”ni qarşımızda görmək istəyirəm. Ümid edirəm ki, belə də olacaq.
 





12.08.2017    çap et  çap et