Qol.Az

Dieqo Kosta “Atletiko” formasında - Video


 

Dieqo Kosta “Atletiko” formasında  - <b style="color:red"> Video</b> “Çelsi”nin yay təlim-məşq toplanışına çağırılmayan Dieqo Kosta sabiq komandası “Atletiko”nun forması ilə videosunu paylaşıb.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, dostlarıyla keçirdiyi partini şəxsi “İnstagram” hesabından canlı yayımlayan 28 yaşlı hücumçu daha sonra “Ateltiko”nun formasını geyinərək rəqs edib.

D. Kosta canlı yayım zamanı “Çelsi”nin baş məşqçisi Antonio Konteyə də söz atıb: “Konteni mənə görə qucaqlayın”.

Qeyd edək ki, Kontenin komandada saxlamaq istəmədiyi ispanyalı hücumçunun “Atletiko”ya keçəcəyi iddia edilir.


 





17.07.2017    çap et  çap et