Qol.Az

Dəmirörənin dostu Ardanı yumruqlayıb


 

Dəmirörənin dostu Ardanı yumruqlayıb Türkiyə Futbol Federasiyasının idarə heyətinin sabiq üzvü Yaşar Aşçıoğlu Arda Turan haqda şok açıqlamalar verib.

Qol.az-ın məlumatına görə, bu barədə “Fanatik”ə danışan  Aşçıoğlu TFF-nin prezidenti Yıldırım Dəmirörənin yaxın dostunun Türkiyə millisinin sabiq kapitanı Arda Turana yumruq vurduğunu deyib.

O, bu hadisənin Türkiyə millisinin 2015-ci ildə Qətərdəki təlim-məşq toplanışı zamanı baş verdiyini bildirib:

“Yıldırım Dəmirörənin Kərəm adında qonağı gəlmişdi. Oteldə Kərəm Bəy Arda arasında münaqişə baş verdi. Onlar yumruqlaşdı. Qətərdən geri qayıdanda hərəkətindən peşman olan həmin şəxs başqa təyyarəyə minmək istədi. Ancaq Dəmirörən dostunu yaxşı bir şey etmiş kimi milli komanda ilə birlikdə gətirdi. Arda məsələsinin ilk qığılcımı da orada oldu. Bilal Meşə söhbəti də bu məsələyə görə oldu".

Xatırladaq ki, jutnalist Bilal Meşə ilə yaşanan qalmaqaldan sonra Arda Turan milli karyerasını bitirdiyini açıqlayıb.
 





17.07.2017    çap et  çap et