Qol.Az

Nikaraqua millisinin kapitanı "Qarabağ"da?


 

Nikaraqua millisinin kapitanı "Qarabağ"da? “Qarabağ” Nikaraqua millisinin kapitanı Xuan Barreranı transfer edə bilər.

Qol.az-ın elnuevodiario.com.ni saytına istinadən yaydığı xəbərə görə, Ağdam təmsilçisi Qvatemalanın
“Komunikasones” klubunda çıxış edən 28 yaşlı yarımmüdafiəçinin keçidi üçün qarşı tərəflə danışıq aparır.
 
Xəbərdə “Qarabağ”ın Barrera üçün Qvatemala klubuna 400 min dollar təklif etdiyi də bildirilib.

Qeyd edək ki, hücumameyilli futbolçu “Komunikasones”ə  ötən ilin yanvarında Avstriyanın “Altax” klubundan keçib. O, Nikaraqua millisində 42 oyuna 10 qol vurub.
 





17.07.2017    çap et  çap et