Qol.Az

“Qəbələ” ilə oyun çətin keçəcək" - "Yagelloniya"nın baş məşqçisi


 

“Qəbələ” ilə oyun çətin keçəcək" - <b style="color:red"> "Yagelloniya"nın baş məşqçisi</b> “Bizim üçün çox çətin oyun oldu. Azərbaycandan qayıtdıqdan sonra hazırlıq üçün vaxtımız olmadı. Cəmi 2 gün sonra meydana çıxsaq da, qələbə qazandıq”.

Qol.az-ın məlumatına görə, bunu Avropa Liqasının II təsnifat mərhələsində “Qəbələ”nin rəqibi olan “Yagelloniya”nın baş məşqçisi İreniuş Mamrot deyib.

“Yagelloniya” ötən gün Polşa çempionatında mövsümün ilk oyununa çıxıb. Komandanın baş məşqçisi  səfərdə “Termalikan”a qalib gəldikləri oyundan (1:0) sonra yerli mətbuata açıqlama verib.

O, oyunlar arasında fasilənin az olmasının komandası üçün çətinlik yaradacağından ehtiyat etdiyini bildirib: “Demək olar ki, 3 gündən bir meydana çıxırıq. Bu səbəbdən də eyni heyətlə mübarizə aparmaq çox çətindir.  Təəssüf ki, zədəli futbolçularımız da var. Onlar sıraya dönsə, işimiz asanlaşacaq. Rafal Qjib və Karol Sviderski artıq fərdi məşqlərə başlayıblar. Ancaq bizə qoşulmaları üçün müəyyən vaxta ehtiyac var. Bütün bunları nəzərə alsaq,  “Qəbələ” ilə oyun çətin keçəcək. “Termalika” ilə oyunda bəzi futbolçuların yorulduğunu gördüm”.

Xatırladaq ki, Bakıda keçirilən “Qəbələ” – “Yagelloniya” matçında 1:1 hesablı bərabərlik qeydə alınıb. Komandalar arasında növbəti görüş iyulun 20-də Polşada olacaq.
 





17.07.2017    çap et  çap et