Qol.Az

"Neftçi"dən ayrıldı, "Qarabağ Vyana"ya keçdi


 

"Neftçi"dən ayrıldı, "Qarabağ Vyana"ya keçdi

 Bu ay "Neftçi" ilə yollarını ayıran U-21 millimizin müdafiəçisi Elvin Bədəlovun yeni klubu müəyyənləşib.

Qol.az-ın xəbərinə görə,  o, bundan sonra karyerasını "Qarabağ Vyana"da davam etdirəcək. Bu barədə klubun rəsmi "Facebook" səhifəsi məlumat yayıb. E.Bədəlovla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Qarabağ Vyana” Avstriyanın Şərq Regional Liqasında çıxış edir.

 





17.07.2017    çap et  çap et