Qol.Az

Millimizin futbolçusunu bağışladılar - "Bursaspor"dan yeni qərar


 

Millimizin futbolçusunu bağışladılar - <b style="color:red">"Bursaspor"dan yeni qərar</b>

“Bursaspor” milli komandamızın hücumçusu Dəniz Yılmazı bağışlayıb.

Qol.az-ın “Anadolu” agentliyinə istinadən yaydığı xəbərə görə, bir müddət əvvəl əsas komandadan kənarlaşdırılan futbolçu Avstriyada keçiriləcək təlim-məşq toplanışına aparılacaq. Bu qərar Dənizin yeni baş məşqçi Paul Le Guenlə görüşündən sonra verilib.

Görüşdə Dəniz Yılmaz klubda yaşadığı problemlər barədə məşqçiyə məlumat verib. Bundan sonra ona hazırlıq prosesinə cəlb edilməsi məqsədəuyğun sayılıb.

Sabah Avstriyada başlanacaq hazırlıq prosesi öncəsi Paul Le Guenlə millimizin futbolçusunun birgə mətbuat konfransı keçiricəyi gözlənilir.
 
Qeyd edək ki, əsas komandadan uzaqlaşdırıldıqdan sonra Dəniz Yılmaz klubun bazasında tək məşq edirdi. Onun yeni mövsümdə başqa kluba keçəcəyi də iddia olunurdu.

 





16.07.2017    çap et  çap et