Qol.Az

Rəşad Tiflisə gedəcək, amma oynamayacaq


 

Rəşad Tiflisə gedəcək, amma oynamayacaq

Çempionlar Liqasının 2-ci təsnifar mərhələsinin “Samtredia”ya qarşı ilk matçında zədələnən “Qarabağ”ın kapitanı Rəşad Sadıqov cavab qarşılaşmasını buracaq.

Bu haqda Qol.az-a Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. 35 yaşlı müdafiəçinin zədə aldığı andan 7-10 gün sonra yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Rəşad cavab oyununu buraxsa da, bu gün axşam komandası ilə birgə Tiflisə gedəcək.

Xatırladaq ki, “Samtredia” – “Qarabağ” görüşü iyulun 18-də keçiriləcək. Bu komandaların Bakıdakı ilk oyununda Ağdam klubu 5:0 hesabı ilə qalib gəlib.

 





16.07.2017    çap et  çap et