Qol.Az

“Onun “Qarabağ”a transfer məsələsi hələ qapanmayıb” - Əmrah Çəlikəl


 

“Onun “Qarabağ”a transfer məsələsi hələ qapanmayıb” - <b style="color:red"> Əmrah Çəlikəl</b> "Transfer çalışmalarımız bitməyib. Axtarışlarımız davam edir. Sadəcə, məlum olduğu kimi, hazırkı mərhələ üçün UEFA-ya sifariş vərəqimizi göndərmişik və yeni futbolçunun adını daxil edə bilmərik".

Qol.az-ın məlumatına görə, bu fikirləri sport24.az-a açıqlamasında "Qarabağ"ın baş direktoru Əmrah Çəlikəl bildirib.

Çempionlar Liqasında ölkəmizi təmsil edən komanda yay fasiləsində hələ ki 2 legioner alıb. Bunlar "Legiya"nın polşalı kapitanı, millisində də oynamış təcrübəli müdafiəçi Yakub Jejniçakla, haitili cinah yarımmüdafiəçisi Vilde Donald Geryedi.

Hər 2 əcnəbinin debütü uğurlu alındı. Belə ki, Yakub Çempionlar Liqasının II təsnifat mərhələsində Gürcüstanın "Samtredia" klubu ilə ilk matçda zədələnən kapitan Rəşad Sadıqovu layiqincə əvəzlədi, Donald isə sonradan meydana çıxdığı zaman qolla yadda qaldı.

Çəlikəlin sözlərinə görə, yeni transferlərin davamı gözlənilir: "Bu məsələ baş məşqçimiz Qurban Qurbanovun səlahiyyəti daxilindədi. O, yeni transfer məsələsinə çox diqqətlə yanaşır. Qurban müəllimin işinə müdaxilə etmirik, bizə aid olan məsələnin həyata keçirilməsinə çalışırıq. Növbəti yeni transferimizi gerçəkləşdirəndən sonra bunu sizlə bölüşəcəyik".

"Qarabağ"ın hücumçuya ehtiyacının olduğunu demək olar ki, bu mövqedə çıxış edən cənubi afrikalı Dino Ndlovunun həmyerlisi, Türkiyə Super Liqası təmsilçisi "Gənclərbirliyi"ndə oynayan Tokelo Rantyenin keçidi variantı xeyli vaxtdır söylənilir.

Bəs, görəsən bu transfer nə dərəcədə realdı? Çəlikəli dinləyək: "Tokelonun "Qarabağ"a transfer məsələsi hələ qapanmayıb. Ancaq hələ bir irəliləyiş də yoxdu".
 





16.07.2017    çap et  çap et