Qol.Az

“Sançes və Özil “Arsenal”da qalacaq” – Venger


 

“Sançes və Özil “Arsenal”da qalacaq” – <b style="color:red">Venger </b>

"Arsenal"ın futbolçuları Aleksis Sançez və Məsut Özilin növbəti mövsüm də komandada qalacağı gözlənilir.

Qol.az-ın xəbərinə görə, bu barədə "topçular"ın baş məşqçisi Arsen Venger Britaniya mətbuatına açıqlama verib:

“Onlar özlərini bu komandanın bir parçası kimi görürlər. Hər şeydən öncə, klubla müqavilələri var. Fikrimcə, hər ikisi növbəti mövsüm də "Arsenal"ın formasını geyinəcək".

Qeyd edək ki, hər iki futbolçunun London klubu ilə 2018-ci ilə qədər müqaviləsi var.

 





19.05.2017    çap et  çap et