Qol.Az

60-cı qızılı qazandıq - "Bakı-2017"


 

60-cı qızılı qazandıq - <b style="color:red"> "Bakı-2017"</b>

Suyatullanma üzrə Azərbaycan millisi Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında növbəti medalını qazanıb.

Qol.az-ın məlumatına görə, qadınların 10 metrlik platformadan tullanma yarışında təmsilçimiz Olqa Bıkovskaya hamını qabaqlayıb. O, yekunda 275,85 xal toplayıb.
 
İndoneziyalı Della Harimurtini 2-ci, türkiyəli Sinem Sağlam 3-cü olub.

Qeyd edək ki, bu, Azərbaycanın İslamiadada 60-cı qızıl medalı olub.

 





19.05.2017    çap et  çap et