Qol.Az

Riberi yenidən Türkiyədə?


 

Riberi yenidən Türkiyədə? “Bavariya”nın üzvü Frank Riberi karyerasını yenidən Türkiyə Superliqasında davam etdirə bilər.

Qol.az-ın “Milliyet”ə istinadən yaydığı xəbərə görə, fransız futbolçu karyerasını “Trabzonspor”da davam etdirməyə yaxındır.

Klub və futbolçu arasında aparılan danışıqlar müsbət yekunlaşıb. Keçid baş tutacağı halda, Riberinin Trabzondakı illik qazancı 3,5 milyon avro təşkil edəcək.

Transferin reallaşması üçün “Bavariya”nın da razılığı alınmalıdır. Münhen klubunun isə 8 milyon avro qarşılığında Riberinin satışına razılıq verəcəyi bildirilir.

Xatırladaq ki, Riberi 2005-ci ildə “Qalatasaray”ın heyətində 14 oyuna çıxıb.
 





19.05.2017    çap et  çap et