Qol.Az

Renat əsas komandaya cəlb edilir


 

Renat əsas komandaya cəlb edilir

Almaniyanın "Ayntraxt" klubunun U-19 komandasında çıxış edən millimizin hücumçusu Renat Dadaşov əsas komandada oynaya bilər.

Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu, bundesliqanın sonuncu turunda "Leyptsiq"lə matçda mümkündür.

Komandanın əsas hücumçusu Aleksander Meyer zədələndiyi üçün Frankfurt klubunun baş məşqçisi Niko Kovaç onun əvəzinə gənc futbolçulara şans verməyi düşünür.

Onların arasında Renat Dadaşovun olması da mümkündür.

Qeyd edək ki,  N.Kovaç yay toplanışında aşağı yaş komandalarından bir neçə futbolçunu əsas heyətə cəlb edəcək. Həmin futbolçular sırasında Renat Dadaşovun da adı var.

Əlavə edək ki, "Ayntraxt" - "Leyptsiq" görüşü mayın 20-i keçiriləcək.

 





16.05.2017    çap et  çap et