Qol.Az

"Qarabağ"a qızıl medal veriləcək oyun dəyişdirildi


 

"Qarabağ"a qızıl medal veriləcək oyun dəyişdirildi

“Qarabağ” klubuna çempionluq kuboku və qızıl medallar Topaz Premyr Liqanın növbəti - 27-ci turunda veriləcək.

Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, “Qarabağ” mükafatlarına doğma meydanı olan “Azersun Arena”da keçiriləcək “Sumqayıt”la görüşdən sonra qovuşacaq.

Qeyd edək ki, PFL daha əvvəl "Qarabağ"a qızıl medal və çempionluq kubokunun sonuncu turda "Neftçi" ilə oyunda veriləcəyini açıqlamışdı.

 





21.04.2017    çap et  çap et