Qol.Az

"Qəbələ" - "İnter" oyununun vaxtı dəyişdirildi


 

"Qəbələ" - "İnter" oyununun vaxtı dəyişdirildi Topaz Premyer Liqasının XXVII turunun “Qəbələ” – “İnter” görüşünün tarixi dəyişdirilib.
 
Qol.az-ın xəbərinə görə, Peşəkar Futbol Liqası matçın əvvəlcədən nəzərdə tutulduğu kimi 23 apreldə deyil, 24 apreldə keçirilməsinə qərar verib. Görüşün start fiti 24 aprel saat 14:30-da veriləcək.

“Qəbələ” və “İnter” klubları mükafatçılar sırasındadırlar. Bu görüşün nəticəsindən asılı olaraq, komandalara medallar təqdim oluna bilər. Bu səbəbdən PFL oyunun vaxtını dəyişib.

 





21.04.2017    çap et  çap et