Qol.Az

Ronaldo və Ramosdan Levandovskiyə xahiş - "Real"a keç


 

Ronaldo və Ramosdan Levandovskiyə xahiş - <b style="color:red">"Real"a keç</b>

"Real"ın futbolçuları Kriştiano Ronaldo və Serxio Ramos "Bavariya"nın hücumçusu Robert Levandovskinin Madrid klubuna transfer olunmağını istəyir.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Madrid klubunun oyunçuların Çempionlar Liqasının 1/4 finalında  "Bavariya" ilə cavab matçından sonra polaşlı hücumçu ilə danışıqları olub.

 Onlar Levandovskidən "Real"a keçməyi xahiş ediblər.

Qeyd edək ki, R.Levandovski "Real"a qarşı matçda komandasının ilk qolunu vurub.

 





21.04.2017    çap et  çap et