Qol.Az

"Barselona"nın apellyasiya şikayəti rədd edildi


 

"Barselona"nın apellyasiya şikayəti rədd edildi

İspaniya Futbol Federasiyasının Apellyasiya Komitəsi "Barselona"nın futbolçusu Neymara verilən 3 oyunluq cəzanın ləğvi üçün şikayətini rədd edib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, komitə braziliyalı oyunçuya "Malaqa"ya qarşı matçda  verilən  qırmızı vərəqəyə görə 1 oyunluq, hakimin qərarı ilə razılaşmadığına görə  2 oyunluq cəzanın düzgün olduğu qərarına gəlib.

Bildirilib ki, Neymarın hakim qərarı ilə razılaşdığını təkid edən "Barselona" bunu sübut edən hər hansı fakt (video, foto və s.) təqdim etməyib. Buna görə də klubun müraciəti rədd edilib.

Bundan sonra "Barselona İspaniyanın İdman Arbitraj Məhkəməsinə müraciət edib.

Qeyd edək ki, Neymar cəza səbəbindən "Real Sosyedad"da oyunu buraxıb.

 





21.04.2017    çap et  çap et