Qol.Az

İbrahimoviç zədələndi


 

İbrahimoviç zədələndi

"Mançester Yunayted"in futbolçusu Zlatan İbrahimoviç zədələnib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, Avropa Liqasının 1/4 finalında "Anderlext"lə cavab qarşılaşmasının 90-ci dəqiqəsində dizindən zədə alıb. Oyun davam edə bilməyən isveçli hücumçu Antoni Marsyalla əvəzlənib.

Onun hansı müddətə yaşıl meydanlardan uzaq qalacağı tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək.

Qeyd edək ki, "MY" - "Anderlext" görüşü "qırmızı şeytanlar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 





21.04.2017    çap et  çap et