Qol.Az

Avroliqada yarımfinal cütlükləri müəyyənləşdi


 

Avroliqada yarımfinal cütlükləri müəyyənləşdi

Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin püşkü atılıb.

Qol.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada yarımfinal cütlükləri müəyyənləşib.

“Ayaks” (Hollandiya) bu mərhələdə “Lion”la (Fransa) qarşılaşacaq. Digər cütlükdə isə “Selta” (İspaniya)   “Mançester Yunayted”lə (İngiltərə) üz-üzə gələcək.


Avropa Liqası

Yarımfinal

“Ayaks” (Hollandiya) - “Lion” (Fransa)

“Selta” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə)
 
Qeyd edək ki, yarımfinalın ilk matçları mayın 3-4-də, cavab qarşılaşmaları isə mayın 11-də oynanılacaq. Final matçı isə mayın 24-də keçiriləcək.

 





21.04.2017    çap et  çap et