Qol.Az

Çempionlar Liqasında yarımfinalın püşkü atıldı


 

Çempionlar Liqasında yarımfinalın püşkü atıldı

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib.

Qol.az-ın məlumatına görə, mərasimdə yarımfinal cütlükləri bəlli olub. 

Püşk iki Madrid klubunu - "Real" və "Atletiko"nu üz-üzə qoyub. Digər cütlükdə isə "Monako" "Yuventus"la mübarizə aparacaq. 

Çempionlar Liqası

Yarımfinal 

“Real” (İspaniya) - “Atletiko” (İspaniya)

“Monako” (Fransa) - “Yuventus” (İtaliya)
 
Qeyd edək ki, yarımfinal mərhələsinin ilk matçları 2-3 may, cavab qarşılaşmaları isə 9-10 may tarixlərində oynanılacaq. Final matçı isə iyunun 3-də keçiriləcək.

 





21.04.2017    çap et  çap et